İnternet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında (MR) keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb.
Bu barədə APA-ya Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyindən bildirilib.
"Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi bildirir ki, bu məlumat əsassızdır. Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək”, - deyə qeyd olunub.


Şərhlər
Vallah toylardan yemək- içməyin yığışdırılması xalqa xeyir idi.Belə olması lazımdır.Bu kasıbın pulunun boş yerə şadlıq evlərinə paylanmasıdır, israfçılıqdır, bir günlük düşüklük, özünü göstərməkdən, toydan sonra yığılan pulları on illərlə borc kimi qaytarmağa məcbur olmaqdan başqa bir şey deyil.