Menu

Şirvan sakini özünü asaraq intihar edib

28.06.2021, 13:22
Şirvan sakini özünü asaraq intihar edib

Şirvan sakini özünü asaraq intihar edib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə səhər saatlarında Şirvan şəhərində qeydə alınıb.

İki uşaq atası olan Şirvan sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətində yerləşən çardaqdan asaraq intihar edib.

Onun meyiti asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol