Menu

ARDNF valyuta hərraclarındakı satışını 31% azaldıb

29.06.2021, 13:08
ARDNF valyuta hərraclarındakı satışını 31% azaldıb

Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondu (ARDNF) 2 766,1 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31% azdır.

Təkcə iyun ayında isə ARDNF-in valyuta satışının məbləği 463,6 milyon dollar təşkil edib. Bu isə ötən ilin iyun ayına nisbətən 24,2% çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol