Menu

Praqada Belarus müxalifətinin ofisi açıldı

29.06.2021, 17:29
Praqada Belarus müxalifətinin ofisi açıldı

Çexiya Respublikası Belarus müxalifətinin Praqada rəsmi ofis açmasına razılıq verib. Xarici işlər naziri Yakub Kulhanek tvitində yazıb ki, ölkəsi Belarus müxalifətinə birmənalı dəstək göstərəcək.

Xatırladaq ki, bundan cəmi bir neçə həftə öncə müxalifət lideri Svetlana Tixanovskaya Praqaya səfər etmişdi. Belarus müxalifətinin Litva və Polşada da oxşar ofisləri var. 

“Bu, demokrat rusiyalıların Praqaya sığındığı 1920-ci illəri yada salır”, – Praqada yerləşən Təhlükəsizlik Siyasəti uğrunda Avropa Dəyərləri Mərkəzinin direktoru Yakub Janda yazıb. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol