Menu

Gün işığı koronavirusun hissəciklərini məhv edir

29.06.2021, 17:30
Gün işığı koronavirusun hissəciklərini məhv edir

Ultrabənövşəyi şüalar COVID-19 virusunun hissəciklərini 5 dəqiqə ərzində iflic edə bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Arizona Universitetinin professoru Georq Vondrakın rəhbərlik etdiyi mütəxəssislər qrupu tərəfindən aparılmış tədqiqatın nəticələrindən bəhs edən məqalədə bildirilir.

Mütəxəssislər ultrabənövşəyi şüalar altında SARS-Cov-2 və Hcov-NL63 koronaviruslarının hüceyrələrə zərər verə biləcək hissəciklərinin 5 dəqiqə ərzində 98 faiz zəifləməsinə, 20 dəqiqə ərzində isə tam iflic olmasına şahid olublar. Həm güclü, həm də zəif gün işığında bənzər nəticələr əldə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol