Menu

Karantin qadağalarına məhəl qoymayan Baş nazirin müavini cərimələndi

29.06.2021, 23:58
Karantin qadağalarına məhəl qoymayan Baş nazirin müavini cərimələndi

Avstraliyanın Yeni Cənubi Uels ştatının polisləri epidemiya tələblərini pozan və ictimai yerə maskasız daxil olan ölkənin Baş nazirinin müavini Barnabi Djoysu cərimələyib.

Bu barədə ABC məlumat yayıb.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları Armideyl şəhərində yerləşən yanacaqdoldurma məntəqəsinin işçilərinin şikayəti əsasında hadisə yerinə yollanıb.

Yanacaqdoldurma məntəqəsinin əməkdaşları B.Djoysun onların maska taxmaq xəbərdarlığına məhəl qoymadığından şikayət ediblər.

Hadisəyə müdaxilə edən polislər Baş nazirinin müavininə 200 Avstraliya dolları (256 manat) həcmində cərimə yazıblar.

Şərhlər

cavid 2021-06-30 08:57:24

şou biznesdən başqa bir şey deyil

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol