Menu

YOLUXANLARIN SAYI ARTIR, SAĞALANLAR AZALIR - Günün statistikası

30.06.2021, 16:48
YOLUXANLARIN SAYI ARTIR, SAĞALANLAR AZALIR - Günün statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 219 nəfər müalicə olunaraq sağalıb, 4 974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8871, ötən müddət ərzində isə ümumilikdə 3 749 303 test aparılıb.

Şərhlər

Mahizər 2021-06-30 22:32:55

854 XƏSTƏ OLDUĞU HALDA NİYƏ SAĞALANLARIN SAYI AZALIR? hƏKİMLƏR YOXDU,YOXSA DƏRMAN TAPILMIR? BU TƏBİB0in statistikası lap məzhəkədir.Niyə onlara nzarət yoxdur!st

Vətəndaş 2021-06-30 21:08:37

val dəyişir,ralli qurtardı,futbol da qurtarır. Korona yenə hücuma keçir. Hökmətə necə sərf edir korona elə hərəkət edir

Helime 2021-06-30 18:08:59

Serhedleri baglayin, daxilde ise, her shey achilsin. Xarice yalniz telebeler ve muvafiq zerureti olanlar buraxilsin. Seyahet uchun hech kim buraxilmasin.

Nərminə Şirəliyeva 2021-06-30 17:06:29

Hə də... Formula qurtardı, futbol da qurtarsın, "yeni dalğa" gələcək Azərbaycana... TƏBİB -in sayğacı yenə işə düşəcək...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol