Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"na uyğun olaraq Tarif Şurası qərar verib.
Tarif Şurasından "APA-Economics"ə verilən məlumata görə, "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2.1-ci sətrində "və məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri" sözləri çıxarılsın və cədvəl bölməsinə aşağıdakı məzmunda 2.2-ci sətir əlavə edilsin:
| 2.2. | Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVt-saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri | |
| 2.2.1 | Gündüz vaxtı (saat 08:00-dan 22:00-dək) | 7,3 qəpik (əvvəlki qiymət 5,8 qəpik) |
| 2.2.2 | Gecə vaxtı (saat 22:00-dan 08:00-dək) | 3,5 qəpik (əvvəlki qiymət 2,8 qəpik) |
2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 10 nömrəli Qərarı ləğv edilsin.
3. Bu qərar 2021-ci il 1 iyul tarixindən qüvvəyə minir.
Qeyd edək ki, bu qərarın əhali qrupuna aidiyyəti yoxdur.

Şərhlər
Kadr hər şeyi həll edir. Savadlı kadrları təyin etmək lazımdır ? SSRİ dönəmində olan yoxlamalar bərpa olunmalıdır.. Yoxlamaların qarşısının alınması dövlət büdcələrinin dağıdılmasına gətirib çıxarıbdır.. Savadsız, təhsizsiz bir adamı Şək Bazar ASC -nə sədr , Dəmirçini iszə Baş mühasib vəzifəsinə təyin ediblər.. Belə halda əlbətdə Bazar ziyannan işləməlidir ? İldə 700,0 min manat vergidən yayınmasına baxmayaraq aidiyyatı qurumlar Şəki Bazarının qanunsuz fəaliyyətinə göz yumurlar 7 Biz gündəlik itən milyonları axtarmalıyıq ? Qazı, İşığı, Syu qaldırmaqla heç nəyə nail ola bilməyəcəyik,. çunki nəzarət sistemi olmaması səbəbli dövlət büdcəsini talan edirlər ? Tarif Şurası dövlətin mənafeyini doğrudan da nəzərə alırsa, birinci növbədə Nazirliklərin, Komitələrin , İdarə və müəssisələrin ,ASC -in təsərrüfat subyektlərinə nəzarət olunması üçün komissiya yaradılmalıdır və onların fəaliyyətlərinə nəzarət olmalıdır ? Adicə Bazarın müdiri Eldəniz Hacıağayevin maşın kolleqsiyası , villaları var ? Bunlar hardan olub ? Əlbəttə Vergidən yayınma yoli ilə milyonlara sahib olub, səhmdarlarda dividentsiz qalıb ? Qanunlarımız işlək vəziyyətində olmalıdır 7
indi isə çox girdirmə qanunlar çıxarırlar ki baş açmaq olmur bu millətdən nə istəyirlər
Gecə və gündüz nə qədər enerji işləndiyi necə müəyyənləşəcək? Bu məsələyə aydınlıq gətirilsin.
Qiyməti nənəmdə qaldırar.İşləyə bilmirlər,bacarmırlar ərizələrini yazzıb,istefa versinlər.