Menu

"Üçtərəfli bəyanat çərçivəsində Türkiyə ilə səylərimizi yaxından koordinasiya edirik” - Sergey Lavrov

30.06.2021, 18:54
"Üçtərəfli bəyanat çərçivəsində Türkiyə ilə səylərimizi yaxından koordinasiya edirik” - Sergey Lavrov

“Azərbaycan və Ermənistan tərəfindən noyabrın 9-da əldə edilmiş razılaşma çərçivəsində Türkiyə ilə səylərimizi yaxından koordinasiya edirik”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Antalya şəhərində keçirilmiş görüşdən sonra mətbuat konfransında deyib.

O bildirib ki, Bakı və Yerevan Qarabağla bağlı məsələdə həllə yaxınlaşmaq üçün dialoqu davam etdirirlər.

S.Lavrov həmçinin Azərbaycanda Türkiyə-Rusiya birgə mərkəzinin fəaliyyətini təqdir etdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol