Menu

Azərbaycanın axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb

30.06.2021, 19:30
Azərbaycanın axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı saxlanılıb.

Kiyev vilayət polisindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, həmin şəxs saxta sənəd gəzdirmək, dələduzluq və s. cinayət əməllərində ittiham olunur.

Azərbaycanın 2016-cı ildə beynəlxalq axtarışa verdiyi şəxsin 2018- ci ildən Ukraynada olduğu müəyyənləşib. Bu səbəbdən uzun müddətdir Ukrayna polisi tərəfindən axtarışa verilibmiş. Bu günlərdə Belaya Tserkov şəhərində saxlanılan azərbaycanlı barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Onun adı istintaq sirri olduğuna görə açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol