Menu

Türkiyə Ukraynadan zərbə helikopterləri üçün mühərriklər alacaq

30.06.2021, 21:06
Türkiyə Ukraynadan zərbə helikopterləri üçün mühərriklər alacaq

Türkiyənin “Turkish Aerospace Industries” (TAI) şirkəti T129 ATAK helikopterləri üçün mühərrikləri Ukraynadan alacaq. Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Məlumata əsasən, ikitərəfli razılaşma əsasında ağır sinifli zərbə helikopterləri üçün 14 ədəd mühərrik əldə olunacaq. Onların tədarükü 2022-ci ilin sentyabrında başlayacaq və 2025-ci ilədək sona çatdırılacaq.

Qeyd edək ki, T129 ATAK İtaliyanın AW129 helikopterləri bazasında hazırlanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol