Menu

Qazaxıstan Prezidenti rusca danışmağa çağırıb - "Sputnik Kazaxıstan"

01.07.2021, 00:11
Qazaxıstan Prezidenti rusca danışmağa çağırıb - "Sputnik Kazaxıstan"

Qazaxıstanın Prezidenti Qasım-Comərd Tokayev rus dilini beynəlxalq əməkdaşlıq dili kimi istifadə etməyə səsləyib.

Bu barədə Prezident iyunun 30-da Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü zamanı bəyan edib («Sputnik Kazaxıstan»).

Görüş zamanı Qazaxıstan Prezidenti müxtəlif dövlətlərin parlamentlərarası nümayəndələrinin iclaslarından birini xatırlayıb.

«Bizimlə birlikdə afrikalı deputatlar iştirak edirdilər və təəccülənirdilər: «Biz, sizə həsəd aparırıq, siz hamınız rus dilində danışırsınız. Bizdə, Afrikada isə nə qədər dil var - elə olur ki, birbaşa və dolayı mənada anlaşa bilmirik»» - Tokayev xatırlayıb.

O, eyni zamanda, rus dilində əməkdaşlıq imkanlarını qorumağın vacibliyini bəyan edib. Prezident bunun üçün mümkün olan hər şeyi edəcəyini vəd verib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol