Menu

Bu gündən "Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb

01.07.2021, 01:16
Bu gündən "Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb

“Naxçıvan” Beynəlxalq Hava Limanının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarda edilmiş dəyişikliyə əsasən bu gündən "Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb.

"Report"un xəbərinə görə, bununla bağlı qərarı Baş nazir Əli Əsədov iyunun 23-də imzalayıb.

Dəyişikliyə əsasən, "Naxçıvan” Beynəlxalq Hava Limanı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

Qərar bu gündən qüvvəyə minib.

Şərhlər

Vətəndaş 2021-07-01 14:19:42

Düzgün qərar deyil

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol