Menu

Əli Həsənovun kürəkəninin yerinə təyinat olub - FOTO

01.07.2021, 11:19
Əli Həsənovun kürəkəninin yerinə  təyinat olub - FOTO

Prezidentin keçmiş köməkçisi Əli Həsənоvun kürəkəni, bir ay öncə Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılan İsfəndiyar Mehbalıyevin yerinə təyinat olub.

"AzPolitika" “Qafqazinfo"ya istinadla xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ədalət Abbasov Bakının Nizami Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Ədalət Abbasov Qaradağ RPİ-nin rəisi təyin edilib.

Xatırladaq ki, İ.Mehbalıyev Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin oğludur.

Şərhlər

Arif 2021-07-01 12:23:03

Hele bu hebs olunmuyub?

Veteran 2021-07-01 11:54:23

Bu naxırçı niyə damda deyil ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol