Menu

“Gürcüstan Azərbaycan və Ermənistana danışıqlara başlamağa kömək edir” - Ceyms Appaturay

02.07.2021, 11:43
“Gürcüstan Azərbaycan və Ermənistana danışıqlara başlamağa kömək edir” - Ceyms Appaturay

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə mühüm xarici siyasət və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

C.Appaturay görüşdən sonra bildirib ki, Gürcüstan hazırda regionda mühüm rol oynayır: “Gürcüstan Azərbaycan və Ermənistana danışıqlara başlamağa kömək edir. Bu, yalnız Gürcüstanın oynaya biləcəyi unikal roldur. Biz görürük ki, Gürücstan Azərbaycan və Ermənistana bir-biri ilə danışmağa kömək edir. Buna görə məmnun və minnətdarıq”.

Xüsusi nümayəndə qeyd edib ki, görüşdə həmçinin Qara dəniz bölgəsində təhlükəsizlik məsələləri də nəzərdən keçirilib.

Şərhlər

Mirzə Qafarlı 2021-07-02 11:58:15

Alqışlayıram. Bu vasitə ilə Rusiyanın hər iki ölkəyə neqativ təsirini zəiflətmək, aradan çıxarmaq olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol