Menu

Gürсü müxalifətçi Azərbaycana gəlib

02.07.2021, 14:21
Gürсü müxalifətçi Azərbaycana gəlib

Gürcüstanın müxalif “Qirçi - Daha çox azadlıq” Partiyasının sədri, deputat Zurab Caparidze Azərbaycana yollanıb.

“Report”un yerli bürosu xəbər verir ki, müxalifətçi bu barədə feysbuk səhifəsində məlumat yayıb.

Siyasətçi Tbilisi hava limanında çəkdirdiyi selfini paylaşaraq “Hamı Vaşinqtona, mən isə Bakıya gedirəm” sözlərini yazıb.

Z.Caparidze bununla Gürcüstanın müxtəlif siyasi partiya liderlərinin ABŞ-a səfərlərinə reaksiya verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol