Menu

KORONAVİRUSA YOLUXMA SAYI YENİDƏN 100-Ü KEÇDİ - 2 nəfər vəfat edib

02.07.2021, 16:39
KORONAVİRUSA YOLUXMA SAYI YENİDƏN 100-Ü KEÇDİ -  2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 223 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 338 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 908 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9851 , ötən müddət ərzində isə ümumilikdə 3 767 982 test aparılıb.

Şərhlər

Nihat 2021-07-03 11:20:49

Təbii ki artmalidi, axi futbol bugün bitir. Covid ona görə fasilə elan etmişdi.

Adem 2021-07-02 21:39:31

Bəs vaksinlər nə işe yarayır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol