Menu

"NATO Qara dənizdən getməyəcək!" - Alyans nümayəndəsi

03.07.2021, 00:04
"NATO Qara dənizdən getməyəcək!" - Alyans nümayəndəsi

NATO Qara dənizdə nümayəndəliyini saxlayacaq - Rusiyanın mövqeyinə baxmayaraq.

Bu barədə Gürcüstanın «Birinici kanal»ına alyans Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan edib.

Onun sözlərinə görə, Böyük Britaniya NATO-ya esmineslə bağlı informasiya təqdim edib və baş verənlər barədə alyansda «dolğun informasiya» var.

«Söhbət sərbəst gəmiçilikdən gedən zaman NATO öncül mövqedə dayanır və o barədə ki, Krım Ukraynadır, Rusiya deyil. Bu insident zamanı NATO üzrə müttəfiqlər prinsiplərin müdafiəsində özlərinin qətiyyətini nümayiş etdirdilər - mən, onları sadaladım. Rusiya başa düşməlidir ki, NATO üzrə müttəfiqlər bu məsələdə geri çəkilməyəcəklər» - nümayəndə bəyan edib.

Onun sözlərinə görə, NATO öz nümayəndəliyini Qara dənizdə saxlayacaq - müttəfiqləri və həmkarları dəstəkləmək üçün.

«Biz, Gürcüstan və Ukrayna ilə siyasi məsləhətləşmələr və informasiya mübadiləsi planında daha sıx əməkdaşlıq edirik» - Appaturay əlavə edib.

AzPolitika.info

Şərhlər

t.ədalət 2021-07-03 12:44:29

NATO-ya quzu kəsim.Putinin gözünü qorxudur,dilini isə o məsələ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol