Menu

Yeni jurnalist vəsiqələrinin üstünlükləri nədir?

03.07.2021, 11:51
Yeni jurnalist vəsiqələrinin üstünlükləri nədir?

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə veriləcək jurnalist vəsiqəsinin üstünlüyündən danışıb.

Bu barədə "Report"a açıqlama verən Ə.İsmayılov bildirib ki, jurnalist ona veriləcək vəsiqə ilə bir çox üstünlüklərə sahib olacaq:

"Həmin vəsiqənin gələcəkdə jurnalistlərlə bağlı hər hansı dövlət layihələrinin həyata keçirilməsində və onların motivasiya olunmasında üstünlükləri olacaq. Həmin jurnalist vəsiqəsinin sahibi bu imtiyazlardan istifadə etmək hüququna malik olacaq".

Qeyd edək ki, Ə.İsmayılov jurnalistlər tərəfindən vəsiqənin alınmasının könüllü olacağı və həmin vəsiqənin alınması üçün tələblərin müəyyən olunacağını da bildirib.

Şərhlər

t.ədalət 2021-07-03 14:29:18

Belə vəsiqələr müstəqil jurnalistlərə də verilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol