Menu

ŞƏHİDİN XATİRƏSİNƏ BULAQ İSTİFADƏYƏ VERİLDİ - FOTOLAR

03.07.2021, 14:54
ŞƏHİDİN XATİRƏSİNƏ BULAQ İSTİFADƏYƏ VERİLDİ - FOTOLAR

Abşeron rayonu Masazır qəsəbəsində şəhidin xatirəsini əbədiləşdirən abidə-bulaq kompleksi istifadəyə verilib. Oxu.Az-ın məlumatına görə, Vətən müharibəsi qəhrəmanlarından biri olan şəhid Həmidzadə Hüseyn Akif oğlunun adına bulağın açılışı olub.

Bulaq şəhidin böyüyüb boya-başa çatdığı məhəllədə tikilib.

Açılışda şəhidin qohumları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, ölkə başçısının imzaladığı sərəncama əsasən, şəhid Həmidzadə Hüseyn Akif oglu ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol