Menu

Nazir müavini ermənilərin məhv etdiyi meşələrdən danışdı

03.07.2021, 15:15
Nazir müavini ermənilərin məhv etdiyi meşələrdən danışdı

“İlkin monitorinqlərin nəticələrinə görə, işğal dövründə Qarabağ bölgəsində 54 min hektar meşə tamamilə məhv edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, Qarabağın 263,3 min hektarı meşə fondu torpaqlarıdır: “İşğal dövrünə qədər 228 min hektar yaşıllıqla örtülü olub”.

Nazir müavini qeyd edib ki, ermənilərin törətdikləri ekoloji vandalizmin izlərini tez bir zamanda sağaltmaq mümkün deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol