Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 369 mini ötüb

03.07.2021, 15:35
Gürcüstanda koronavirusa yoluxanların sayı 369 mini ötüb

Gürcüstanda son sutkada daha 1 026 nəfər koronavirusa yoluxub, 381 nəfər müalicə olunaraq sağalıb, 12 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 369 048 nəfər təşkil edir. Onların 353 612-si sağalıb, 5 347-si dünyasını dəyişib.

Ötən 24 saat ərzində 33 002 test yoxlaması aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol