Menu

“Həftəsonu qadağaları qüvvədə qalmalıdır” - Həkim çağırış etdi + VİDEO

03.07.2021, 21:17
“Həftəsonu qadağaları qüvvədə qalmalıdır” - Həkim çağırış etdi + VİDEO

“Həftəsonu qadağalarının qalması məqsədəuyğundur”. Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Adil Qeybulla deyib.

“Biz bir müddət bu məsələni ciddi şəkildə izləməliyik. Ola bilər ki, bu gün mövcud olan qərarlara, yəni sosial həyatın ayrı-ayrı sahələrində gedilən yumşaldılmalara yenidən baxılsın. Bütün bunlar əhalinin təhlükəsizliyi üçündür. Qərarlar epidemioloji vəziyyətə uyğun verilir.

“Delta plus” ştammının ölkəyə gəlməsi və yayılması astanasındayıq. Bunu qətiyyən unutmaq olmaz. Ehtiyatlı olmaq lazımdır. Nə qədər ki, epidemioloji vəziyyət stabildir daha az kontaktlarla müşahidə olunan fəaliyyətə keçmək lazımdır. Məsələn qapalı mühitdə toylar təhlükəlidir. Çünki kondisioner işləyir və orada bir adamın xəstə olması kifayət edir ki, xeyli adam virusa yoluxsun”, - deyə həkim qeyd edib.

Şərhlər

Mühəndis B. 2021-07-04 14:34:27

HƏKİM və siyasi hüquqşünaslardan üzr diləyirəm! Hər hərəkətin ölçü addımı var! Maska və 1,5-2 metr məsafə, vəssalam. Digər heç bir hədd maddi cəhətdən sərfəli və tibbi-texniki cəhətdən heç də əsaslı deyil?

Vətəndaş 2021-07-03 23:37:03

A.Qeybulla yenə özünü reklama,top modelliyə başlayıb

Vətəndaş 2021-07-03 23:35:49

bu ay bircə çimərlikləri bağlamayın. XƏstə insanlar gedə bilsin. Çimərliklərin bağlanmasını ideyasını kim versə o sadəcə insan yox vəhşiləşmiş məxluqdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol