Bu gün axşamüstü Xəzər dənizində Bakı şəhəri yaxınlığında güclü partlayışla müşayiət olunan yanğın baş verib.
Partlayış zamanı dəniz sahilində olan şəxslər həmin anın foto və videolarını çəkiblər.
Hadisə şahidlərinin bildiridiklərinə görə, partlayış kifayət qədər güclü olub və dalğası sahildə hiss olunub.
Şəhər sakinləri bir neçə dəfə baş verən alovlu partlayışı videoya çəkiblər.
"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir".
Bu barədə Oxu.Az-a açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məlumat verib.
O bildirib ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. "Əlavə məlumat olarsa, ictimaiyyəti məlumatlandıracağıq".
Hadisə baş verən zaman çəkilən video və fotoları təqdim edirik:



Şərhlər
Partlayışı,güman ki Rusiyanın dənizdəki "podvadnı"ları ediblər.Əlbəttə,belə partlayışlar milyonlarla faunanı məhv edir.Amma Putinin qarşısında kimin cürəti var ki,ekologiyaya vurulan ziyandan danışzın?