Filippinin müdafiə naziri Delfin Lorenzanu xəbər verib ki, S-130 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 17 nəfər həlak olub, daha 40 nəfər xəsarət alıb.
Bu barədə «RİA Novosti» agentliyi xəbər verib. İlkin məlumata görə, təyyarənin göyərtəsində cəmi 92 nəfər olub.
Qəzar barədə ilk video dərc olunub. Kadrlarda hava gəmisinin parçaları görünür.
Xəbər verildiyi kimi, S-130 təyyarəsi Xolo adasına (Filippinin cənub-qərbi) eniş etməyə cəhd göstərərkən qəzaya uğrayıb. Təyyarə Kaqayan-de-Oro şəhərindən əsgər daşıyırmış.
AzPolitika.info


Şərhlər