Menu

Koronavirusa yoluxan Lüksemburqun baş naziri xəstəxanaya yerləşdirildi

04.07.2021, 23:16
Koronavirusa yoluxan Lüksemburqun baş naziri xəstəxanaya yerləşdirildi

Avropa İttifaqının 24-25 iyunda keçirilən sammitindən sonra koronavirusa yoluxan Lüksemburqun baş naziri Ksavye Bettel xəstəxanaya aparılıb. Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, baş nazir əlavə müayinələr üçün bir günlük xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Bettel bir həftə əvvəl Aİ-nin Brüssel sammitindən iki gün sonra koronavirusla bağlı test verib və testin cavabı müsbət olub. Baş nazir sammitdə Avropanın digər 26 rəhbəri ilə görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol