Oktyabrın 21-də ABŞ hava qüvvələrinin generalı Filip Bridlav Gürcüstana 2 günlük səfər edib.
Cənab Bridlav həmçinin NATO-nun Avropa müttəfiq qüvvələrinin baş komandanı, ABŞ ordusunun Avropa komandanlığının rəhbəridir.
Gürcüstan Müdafiə Nazirliyinin bildirdiyinə görə, o, oktyabrın 22-də general baş nazir İrakli Qaribaşvili və müdafiə naziri İrakli Alasania ilə görüşəcək, həmçinin Tbilisi Dövlət Universitetində çıxış edəcək.


Şərhlər