Menu

ABŞ-da Müstəqillik Günündə 150 nəfər öldürülüb

06.07.2021, 11:25
ABŞ-da Müstəqillik Günündə 150 nəfər öldürülüb

ABŞ-da iyulun 4-də müstəqillik günündə 400-dən artıq silahlı insident baş verib, nəticədə azı 150 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-da zorakılığın müşahidəsini aparan “Gun Violence Archive” qrupu hesabatında bildirib.

Araşdırma qrupu vurğulayıb ki, iyulun 2-4-də Nyu-Yorkda 21 atışma faktı qeydə alınıb. Bu hadisələr zamanı 26 nəfər ölüb.

Məlumata görə, bu il Nyu-Yorkda silahlı insidentlərin sayı ötən ilki ilə müqayisədə 40 faiz artıb. 2020-ci ildə 767 nəfər öldürülüb.

İllinoys ştatının Çikaqo şəhəri Polis İdarəsinn baş komissarı Devid Braun bildirib ki, iyulun 4-ü ilin ən çətin günü yaşanıb: “Silahlı insidentlər nəticəsində 83 nəfər yaralanıb, 14 nəfər ölüb. Ölənlərdən ikisi 5 və 6 yaşlarında qızlardır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol