Bakıda 70 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, dəyişikliyə əsasən bu xətt üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilərək Sabunçu qəsəbəsinədək (155 nömrəli məktəbin yaxınlığı) təşkil edilib.


Şərhlər
Yaxşı olar ki, Ramanada məcburi mənzillə təmin olunan müh.əlilləri və şəhid ailələrini metronun "Koroğlu" stansiyasına kimi daşıyan 30 qəpiklik avtobus marşurutu açılsın.Yoxsa,metroya qədər 70 qəpik gediş pulu ödəmək məcburiyyətində qalırlar.Ehtiyac yükü altında olan həssas qrupu bu qədər çətinə salmaq doğru deyil.