Almaniyanın şimalındakı Lyübek şəhərində etnik türk ailəsi ksenofobiya zəminində hücuma məruz qalıb. İnsident ötən şənbə günü, iyulun 3-də Mülenter meydanında, şəhərin mərkəzi yaxınlığında baş verib. Bu barədə iyulun 6-da «Anadolu» dövlət informasiya agentliyi xəbər verib.
Dörd nəfərdən ibarət etnik türk ailəsi ilə etnik alman ər-arvad arasında mübahisə düşüb. Mübahisə zamanı yerli polisin məlumatına görə, 51 yaşlı alman gözyaşraşdıcı qaz tətbiq edib. Nəticədə türk ailəsinin başçısı, 54 yaşlı kişi və onun 4 və 8 yaşlı uşaqları xəsarət alıblar. Zərərçəkmişləri təcili yardım maşını ilə xəstəxanaya çatdırıblar, onların həyatı üçün heç bir təhlükə yoxdur.
Sonradan aydın olub ki, hücum edən və onun həyat yoldaşı gözyaşardıcı qazdan əlavə, qadağan olunmuş silahla silahlı imiş.
Həmin kişiyə qarşı araşdıra başlanıb - «sağlamlığa məqsədli şəkildə ziyan vurma» və «silah gəzdirmək barədə qanunu pozmaq» maddələri üzrə. Cütlüyü polis məntəqəsinə gətiriblər. Ancaq sonradan həbs üçün əsas olmadığına görə, azad buraxıblar. Polisdə bildiriblər ki, hücum edən ksenofobiya motivlərindən çıxış edib.
Bu da dünyaya elan edilən «qərb demokratiyası» - olmaz beləsindən!
“AzPolitika.info”


Şərhlər