Menu

Rusiya və Ermənistan hərbi rəhbərləri arasında telefon danışığı olub

08.07.2021, 18:35
Rusiya və Ermənistan hərbi rəhbərləri arasında telefon danışığı olub

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovla Ermənistanın müdafiə naziri Vaqaraşak Arutyunyan arasında telefon danışığı olub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Telefon danışığında Ermənistanın Geqarkunik və Sünik vilayətlərindəki vəziyyət müzakirə edilib.

V.Gerasimov və V.Arutyunyan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Şərhlər

t.ədalət 2021-07-08 20:25:46

Moskva ermənistanla hər saatdan bir danışır.Bu saat Putinin diqqəti onların üstündədir.Necə olursa-olsun onları qızışdırıb Azərbaycan ərazilərinə göndərmək haqqında düşünürlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol