Menu

Tacikistan KTMT-dən kömək istəyib

09.07.2021, 00:45
Tacikistan KTMT-dən kömək istəyib

Tacikistan - Əfqanıstan sərhədində artan gərginik səbəbilə Düşənbə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəyib. Bu barədə iyulun 8-də təşkilatın rəsmi saytı xəbər verib.

Dünən, iyulun 7-də videokonfrans rejimində KTMT-nın Daimi Şurasının iclası keçirilib. İclasda təşkilatın Baş katibi Stanislav Zas iştirak edib.

Tacikistan-Əfqanıstan sərhədində yaranmış situasiya barədə Düşənbənin KTMT-də daimi və səlahiyyətli nümayəndəsi Həsən Sultonov çıxış edib. O, sərhəd rayonlarında yaranmış vəziyyət barədə danışıb və sərhədi keçmiş əfqan əsgərlərinin sayını açıqlayb.

«Humanizm və mehriban qonşuluq prinsiplərini rəhbər tutan bizim ölkəmiz dövlət sərhədini adlamış əfqan hərbçilərinə maneəsiz olaraq Tacikistan ərazisində hərəkət etməyə icazə verib. Qeyd etmək lazımdır ki, Əfqanıstan hərbçiləri arasında 4 yaralı və 1 ölü olub» - Sultonov deyib.

O, qeyd edib ki, Tacikistan Əfqanıstanla ən uzun sərhədə malik ölkə kimi, vəziyyəti nəzarətdə saxlamaq və bu ölkədən qaynaqlanan təhlükələri önləmək üçün tədbirlər görür.

«Ancaq bölgədə yaranmış vəziyyəti, Əfqanıstanla sərhədin ayrı-ayrı məntəqələri çətin relyefli dağlıq şəraitdə yerləşdiyini nəzərə alsaq, o zaman aydın olar ki, bu tapşırıqla təkbaşına bacarmaq çox çətin olar.

Belə vəziyyət bizdən KTMT-nin adekvat reaksiyasıni, o cümlədən, cənub sərhədlərinin müdafiəsi üçün potensialın gücləndirilməsini tələb edir» - deyə, Sultonov qeyd edib.

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2021-07-09 12:01:21

Elə bilirəm ki,onların sərhəddində heç bir gərginlik yoxdur.Sadəcə,Tacikistan hökuməti fars millətindən olduğu üçün Rusiya oralarda rahatca suyu bulandırır.

ivan çıx get rusiyaya 2021-07-09 11:36:17

rusiyanı elə bu talibançılar məhv edəcəklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol