Əfqanıstanın Türkmənistanla sərhəddə yerləşən Badgis əyalətində taliblərlə hökumət qüvvələri arasında qızğın döyüşlər davam edir. Bu barədə «Tolo News» nəşri Əfqanıstanın güc strukturlarındakı mənbələrə istinadla xəbər verib.
Qeyd olunur ki, döyüşlər iyulun 7-də başlanıb və Kalayi-Nau şəhərinin (Badgis inzibati əyalətinin mərkəzi) bir sıra rayonlarında davam edir.
Atışmalar polisin komanda məntəqəsinin, hərbi bazanın və Milli Təhlükəsizlik İdarəsinin nümayəndəliyi yaxınlığında gedir. Əfqanıstanın hərbi qüvvələri Badgisə xüsusi təyinatlıları yeridiblər.
Son məlumata görə, Kalayi-Nauda 68 talib öldürülüb, 23-i isə yaralanıb. Əfqanıstanın digər əyalətlərində son sutkada 107 talib öldürülüb, 5 nəfər yaralanıb.
“AzPolitika.info”


Şərhlər
Görünür,Rusiyanın diqqətini Qara dənizdən yayındırmaq üçün ABŞ Əfqanıstan sərhəddində onu məşğul etmək istəyir.Böyük dövlətlərin öz silahlarını sınaqdan keçirdiyi Əfqanıstan poliqonunda indi oyun əfqanların öz əli ilə qurulur...