2020-ci ildə dünyada hər dəqiqə 11 nəfər aclıqdan, 7 nəfər isə koronavirusdan (COVID-19) ölüb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mərkəzi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Oxfam” beynəlxalq yardım təşkilatının "Aclıq Virusu Yüksəlir" adlı hesabatında bildirilir.
Sənədə əsasən, ötən il acından ölənlərin sayı əvvəlki illə müqayisədə təxminən 6 dəfə çox olub. Kəskin artıma səbəb kimi qlobal istiləşmə, pandemiya ilə əlaqədar ərzaq qiymətlərinin 40% artması göstərilir.


Şərhlər
Tövbə surəsi. 34. Ey iman gətirənlər! Alimlərdən və rahiblərdən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! 35. O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız sərvətdir. Di dadın yığdığınızı (mal-dövlətinizin əzabını, acısını)” -(deyiləcəkdir!) Allahın lənəti zalımların üzərinə olsun!