“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hələ də özünü doğrultmaq şansı var. Bunun üçün ABŞ qüvvələri Əfqanıstandan çıxandan sonra effektli və koordinasiyalı iş ortaya qoymalıdır”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Karnegi Fondunun saytında Kiril Krivoşeyev yazıb.
Xatıraldaq ki, bu hərbi alyansa Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Müəllif qurumun nə üzvləri arasında, nə də kənarda populyar olduğunu yazır.
“Səbəb onun üzvlərinə baha başa gəlməsi, yaxud aqressiv ekspansionist siyasəti deyil. Səbəb çox bayağıdır: onun haqqında az bilirlər”, – yazan müəllif son bir ildə KTMT-nin mövcudluğunun ekspert müzakirəsi səviyyəsindən daha geniş siyasi spektrə keçdiyini yazır.
Əsas problemli məsələ ötən il İkinci Qarabağ müharibəsi zamanı çıxıb. Azərbaycan 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Amma KTMT-nin münaqişəni əsasən gözardı etməsi Ermənistan cəmiyyətini narazı salıb. Onlar münaqişənin Azərbaycan ərazisində getməsilə bağlı KTMT-nin qanuni arqumentini qəbul etməyiblər.
Nəzəri olaraq, bu halda KTMT-nin 4-cü maddəsi işə salına bilərdi. Həmin maddədə deyilir ki, üzvlərdən birinə silahlı hücum bütün üzv ölkələrə hücum hesab olunacaq. Baş nazir Nikol Paşinyan bu ilin payızında elə bu maddəni əsas tutaraq KTMT-yə müraciət etdi.
O zaman Ermənistan Azərbaycan əsgərlərinin onun ərazisinə girdiyini iddia edir, Azərbaycan isə sərhəd mövqelərini müəyyənləşdirdiyini deyirdi. Ona görə də Ermənistanın rəsmi xahişi Düşənbədə nazirlər səviyyəsində sammitdə rədd edildi.
Qurumun son bir ildə üzləşdiyi digər problem isə apreldə Qırğızıstanla Tacikistan arasında yaranmış sərhəd konfliktidir. O zaman KTMT baş katibi Stanislav Zas tərəfləri barışığa çağırmışdı.
Müəllif qurum üzvlərinin zaman-zaman KTMT-nin imicini yüksəltməyə, prinsipləri hərəkətə çevirməyə çalışdığını yazır. 2017-ci ildə Rusiyada KTMT-nin təkcə sərhədləri daxilində deyil, xaricdə də təhdidlərlə savaşmalı olması məsələsi qaldırılıb. O zaman Moskva müttəfiqlərindən Suriyaya kontingent göndərməyi xahiş elədi, amma bircə Ermənistan buna əməl etdi, öz sadiqliyini göstərməyə çalışdı.
Məqalədə KTMT-nin Əfqanıstanda yaranmış son vəziyyətlə əlaqədar koordinasiyalı fəaliyyət göstərərək, özünü doğrulda bilər. Qurum bu il Tacikistanda üç, Rusiyada bir təlim planlaşdırır. Müəllifin fikrincə, Rusiya Əfqanıstanla bağlı riskləri önləmək üçün ardıcıl strategiya hazırlaya bilsə, KTMT-nin faydasına şübhələr xeyli azalar.
ABŞ qüvvələri Əfqanıstandan çıxarıldıqca "Taliban" silahlı qruplaşması ölkənin şimalında böyük ərazilər ələ keçirir. Amma Rusiya XİN-in yaydığı məlumatda iyulun 8-də qruplaşma təmsilçiləri Moskvaya səfər zamanı deyiblər ki, Orta Asiya ölkələrinin sərhədlərini pozmayacaqları bilıdirilir. Onlar Əfqanıstanda xarici diplomatik və konsulluq missiyalarının təhlükəsizliyinə də təminat veriblər.
“AzPolitika.info”


Şərhlər
KTMT-nin nəinki gələcəyi,elə indisi də qorxuludur.Rusiya bu yolla keçmiş respublikalardan əsgər toplayıb xarici ölkələrdə apardığı işğal müharibələrində məhv etmək istəyir.Məlumdur ki,ruslar quru döyüşlərində qorxaqdırlar.
Господин Кривошеев К. точно отметил, не понятно цель ОДКБ? Её создание вообще не понятно? Распускаясь от СССР Армения увенчалась с военным Кремлём в союзе? РФ воюет с НАТО, а Армения обороняет её? Она организация Безопасности СНГ! Но она же годами всячески поддержала захватчика территорию государства из СНГ. Вот она организатор безопасности или военной агрессии? В прошлом году её центр вступала в качестве миротворческой защитницы опять-таки не между конфликтующими, а на стороне ...?