Menu

Bakının mərkəzi sabah susuz qalacaq

22.10.2014, 17:30
Bakının mərkəzi sabah susuz qalacaq

Sabah Bakının bəzi yerləri susuz qalacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində 500 mm diametrli magistral su xətti üzərində su sərfölçəninin quraşdırılması ilə əlaqədar 23 oktyabr 2014-cü il tarixdə Ruhulla Axundov, Füzuli, 28 May, Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə içməli su gün ərzində məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol