Menu

Şüvəlanda 3 nəfər dənizdə boğulub - VİDEO

10.07.2021, 17:11
Şüvəlanda 3 nəfər dənizdə boğulub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hadisə "Şüvəlan" sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib. Həyata keçirilən tədbirlər nəticəsində 1990-cı il təvəllüdlü Əliyev İbrahim Rafiq oğlu, 1995-ci il təvəllüdlü Əliyev Asim Azər oğlu və 1995-ci il təvəllüdlü Məmmədova Nuranə Vəli qızının meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Bakının Xəzər rayonunda qeyri-çimərlik ərazisində 3 nəfər dənizdə boğulub.

Hadisə Şüvəlan qəsəbəsi ərazisində nəzarətsiz zonada, qeyri-çimərlik ərazisində baş verib.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevanın APA-ya verdiyi məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicləri hadisə yerinə cəlb olunub.

Dənizdə boğulan hər üç nəfərin meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol