Menu

Messi millidə ilk kubokunu qazandı

11.07.2021, 10:17
Messi millidə ilk kubokunu qazandı

Argentina millisinin kapitanı Lionel Messi yığma ilə ilk kubokunu qazanıb.

Qol.az xəbər verir ki, bu, Argentinanın Amerika kubokunun finalında Braziliyaya 1:0 hesabı ilə qalib gəlməsi ilə baş verib. Amerika kuboku 34 yaşlı hücumçunun millidəki ilk kuboku olub.

Qeyd edək ki, Messi sözügedən turnirdə 4 qol vuraraq Luis Diasla (Kolumbiya) birgə ən yaxşı bombardir olub. O, eyni zamanda Amerika kuboku-2021-də ən çox qol ötürməsi verən (5) oyunçudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol