Menu

“28 ildir onunla oyunu gözləyirdim...” - Məmmədyarov

11.07.2021, 10:40
“28 ildir onunla oyunu gözləyirdim...” - Məmmədyarov

Xəbər verdiyimiz kimi, şahmatçımız Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turnirinin 6-cı turunda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişə qələbə qazanıb.

Məmmədyarov sosial şəbəkədə qələbə sevincini paylaşıb:

"28 ildir şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Oyunları inanılmaz olub. 28 ildir, hər zaman onunla oyunu gözləyirdim və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir (Siz hələ də dostunuzla şahmat oynayanda "bir az tez oyna" deyirsiz?). O, bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası...", - deyə Məmmədyarov qeyd edib.

Şərhlər

Xalq 2021-07-11 18:22:53

Çox Sağ Ol ŞƏHRİYAR!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol