Menu

Türkiyədə miqrantları daşıyan mikroavtobus qəzasında 12 nəfər ölüb - FOTO

11.07.2021, 14:27
Türkiyədə miqrantları daşıyan mikroavtobus qəzasında 12 nəfər ölüb - FOTO

Türkiyədə Van - Erçis magistral yolu üzərində yerləşən Karahan bölgəsində qanunsuz miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, dünən gecə saatlarında baş verən qəzada hadisə yerində 12 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yaralılardan biri bu gün xəstəxanada keçinib.

Qeyd edək ki, Əfqanıstan və Pakistandan qanunsuz yolla qaçan miqrantları daşıyan mikroavtobus Vandan İran sərhədinə keçərkən devrilib və yanaraq partlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol