Menu

ABŞ səfirindən Şuşa səfərindən imtina ilə bağlı suala cavab

12.07.2021, 21:13
ABŞ səfirindən Şuşa səfərindən imtina ilə bağlı suala cavab

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirlərinin diplomatik korpusun tərkibində Füzuli və Şuşaya səfər etməməsi etirazlara səbəb olub.

Səfirliklərdən imtinanın səbəbləri barədə hər hansı mövqe açıqlanmayıb. ABŞ-ın ölkəmizdəki səfirliyi Musavat.com-un mövzu ilə bağlı sualını cavablandırıb.

"Səfir Litzenberger hökumətin 9 iyul tarixində Şuşaya səyahət dəvətindən niyə imtina etdi?", sualına cavabda bildirilir: "Səfirin cədvəli və ya onun müəyyən tədbirlərə qatıla bilməməsinin səbəbləri ilə əlaqədar təfərrüatları şərh etmirik.

Qeyd etmək istəyərdik ki, Bakıda cümə günü Füzuli və Şuşaya gedə bilməyən bir sıra diplomatik missiyanın nümayəndələri var idi".

Şərhlər

Senan 2021-07-13 14:46:07

Yenə də sualın cavabı açıq qalıb baxmayaraq ki,cavab çoxdan məlumdur-iblislə həmfikir olmaları bəllidir

Xalq 2021-07-13 00:31:11

"malades"

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol