Menu

13 yaşlı velosipedçini avtomobil vurdu

14.07.2021, 08:56
13 yaşlı velosipedçini avtomobil vurdu

Cəlilabad rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Cəlilabad rayonunda qeydə alınıb.

2008-ci il təvəllüdlü Abbasov Şahin İlkin oğlu velosipedlə hərəkət edərkən onu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Daha sonra o Bakıda yerləşən xəstəxanaların birinə gətirib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol