Menu

Casusluqda ittiham olunan ermənilərin cinayət işi məhkəmə baxışına təyin edilib - YENİLƏNİB

14.07.2021, 11:54
Casusluqda ittiham olunan ermənilərin cinayət işi məhkəmə baxışına təyin edilib - YENİLƏNİB

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərə hüquqları izah edilib. Onlar dövlət hesabına vəkillə və tərcüməçi ilə təmin edilib.

Məhkəmə baxışı iyulun 26-a təyin olunub.

* * *

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə başlayacaq məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunurlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol