Menu

Bakıda bəzi yollarda sıxlıq var - SİYAHI

14.07.2021, 09:52
Bakıda bəzi yollarda sıxlıq var - SİYAHI

Bakı Nəqliyyat Agentliyi yollardakı sıxlığa dair məlumat açıqlayıb.

BNA-dan verilən xəbərə görə, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur: 1. Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur).

2. Binəqədi şosesi – (Əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində)

3. Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində)

4. Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində)

5. Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində)

6. Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində)

7. Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol)

8. Həsən bəy Zərdabi prospekti - (20 Yanvar dairəsinə düşən hissəsi)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol