Menu

Haiti Prezidentini öldürənlərdən biri ABŞ güc strukturları ilə bağlı olub - KİV

14.07.2021, 10:57
Haiti Prezidentini öldürənlərdən biri ABŞ güc strukturları ilə bağlı olub - KİV

Haiti Prezidenti Jovenel Moizə qarşı sui-qəsddə iştirakda şübhəli bilinən Haiti mənşəli Amerika Birləşmiş Ştatları (ABŞ) vətəndaşı bundan əvvəl Amerika güc strukturlarından biri ilə əlaqəli olub.

Bu barədə bazar ertəsi «Röyter» agentliyi ABŞ hökumətindəki mənbəyə istinadla xəbər verib. Mənbə saxlanılanın adını dəqiqləşdirməyib və əlaqənin mahiyyəti barədə susub.

Artıq məlum olduğu kimi, Moiz iyulun 7-də iqamətgahına olan hücum zamanı ölümcül yara alıb. Bundan sonra Nazirlər Şurası respublikada 15 gün müddətinə hərbi vəziyyət tətbiq edib. Hücumda iştirakda şübhəli bilinən 18 nəfər Kolumbiya vətəndaşı və 2 nəfər Haiti mənşəli ABŞ vətəndaşı saxlanıb. Ölkənin polis rəisi Leon Şarl iyulun 11-də sui-qəsdin ehtimal olunan kordinatorunun göz altına alındığını xəbər verib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol