Menu

“Pakistanla sərhəddə keçid-buraxılış məntəqəsini ələ keçirmişik” - “Taliban”

14.07.2021, 11:20
“Pakistanla sərhəddə keçid-buraxılış məntəqəsini ələ keçirmişik” - “Taliban”

“Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhəddində Spin-Boldak keçid-buraxılış məntəqəsini ələ keçirdiyini iddia edib.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, keçid-buraxılış məntəqəsi ticarət əlaqələri baxımından strateji məntəqə sayılır.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. "Taliban" qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol