Menu

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya bir nəfər seçilə bilib - Təkrar seçki keçiriləcək

14.07.2021, 11:28
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya bir nəfər seçilə bilib - Təkrar seçki keçiriləcək

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 1 namizəd - Əlibəyov Gəray Ayaz oğlu İctimai Şuranın üzvü seçilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 8 yer üçün iyulun 16-da təkrar seçkilər keçiriləcək.

8 yer uğrunda 48 namizəd mübarizə aparacaq.

Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakı nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol