Menu

Tayvanda iki saat ərzində 22 zəlzələ olub

14.07.2021, 12:25
Tayvanda iki saat ərzində 22 zəlzələ olub

Tayvanın şərqində yerləşən Hualien şəhərində son 2 saat ərzində 22 dəfə zəlzələ olub.

"Report" xəbər verir ki,ardıcıl baş verən yeraltı təkanlar 3 və 5,2 bal gücündə qeydə alınıb.

5,9 km dərinlikdə olan zəlzələ nəticəsində bəzi binalar və ictimai iaşə obyektləri zərər görüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol