YÜZLƏRLƏ İNSAN ŞƏHİD GENERALIN və POLKOVNİKİN MƏZARLARI ÖNÜNDƏ - FOTOREPORTAJ + VİDEO

Bu gün Tovzu şəhidləri - general-mayor, Milli Qəhrəman Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarları ziyarət olunub.

Ziyarət mərasimində şəhidlərin ailə üzvləri, şəhidlərin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin məzarı üstünə güllər düzülüb, dualar oxunub.

Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, həyat yoldaşı Ofelya Həşimova və övladları, bacısı Kəmalə xanım, qardaşı İlham Həşimovla birlikdə generalın xatirəsini ziyarət etmək üçün yüzlərlə insan İkinci Fəxri xiyabana axın edir.

635x100

Şərhlər

Özgür 2021-07-14 19:29:30

Allah rəhmət eləsin!

Azər 2021-07-14 18:37:47

Biz Sizinlə fəxr edirik!

Son yazılar