"Milan"dan ayrılan Canluici Donnarummanın PSJ-yə keçidi rəsmiləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı qolkiperlə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb. O, Paris təmsilçisinə azad agent kimi keçib.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan C.Donnarumma Avro-2020-də turnirin ən yaxşı oyunçusu seçilib.


Şərhlər